Xaricdən mobil telefon gətirənlərin nəzərinə

Xaricdən mobil telefon gətirənlərin nəzərinə






presstv

"Presstv"az #Azərbaycan, #Dollar, #Mobil telefon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xaricdən mobil telefon gətirərkən bəzi vacib qaydalara əməl olunmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ölkəyə gətirilən mobil telefon və digər simsiz rabitə vasitələri mütləq şəkildə gömrükdə bəyan edilməlidir.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, rüsumdan azad olmaq üçün limit var. Şəxsi istifadə üçün xaricdən mobil telefon gətirən vətəndaşlar üçün bəzi güzəştlər nəzərdə tutulub.

Belə ki, hər ay bir dəfə olmaqla, 800 dollaradək dəyəri olan telefonlar şəxsən gətirildikdə, 300 dollara qədər olan telefonlar isə poçt və ya kuryer vasitəsilə göndərildikdə gömrük rüsumundan azaddır. Bu məbləğlərdən artıq dəyəri olan cihazlara isə gömrük rüsumu tətbiq olunur və onlar rəsmi qaydada rəsmiləşdirilməlidir.

Telefonu necə bəyan etməli?

Telefonlar sadələşdirilmiş gömrük bəyannaməsi ilə bəyan olunmalıdır. Bəyan elektron şəkildə əvvəlcədən, yaxud ölkəyə daxil olduqdan sonra kağız və ya elektron formada təqdim oluna bilər. Hətta poçt və ya kuryerlə göndərilən telefonlar da bu qaydadan kənarda deyil.

Qeyd edək ki, telefon gömrükdə bəyan edilməzsə, vətəndaşı ciddi sanksiyalar gözləyir. Məlumata görə, dəyəri 50 min manatdan azdırsa, cihaz müsadirə edilə bilər və ya 40-60% arası cərimə tətbiq oluna bilər. Dəyəri 50 min manatdan çoxdursa, bu zaman məsələ cinayət məsuliyyəti ilə nəticələnə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv