Bu sürücülər saatda 70-km sürəti aşmamalıdırlar – VİDEO

Bu sürücülər saatda 70-km sürəti aşmamalıdırlar – VİDEO






presstv

"Presstv"az #Avto, #avtobus, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Havaların isindiyi və dərs ilinin sonuna az qaldığı bir vaxtda məktəblilərin rayonlara səfərləri də artacaq.

Xüsusən də 11-ci sinifi bitirən məzunların müəllimləri ilə birlikdə gəzməli-görməli yerlərə qrup halında avtobuslarla getməsi hallarına tez-tez rast gəlinəcəyi gözlənilir. Bu da şagirdlərin təhlükəsiz səfərləri məsələsini aktuallaşdırır. Bəs sürücülər nələrə diqqət etməlidirlər ki, yollarda qəza riski yaranmasın?

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov deyir ki, xoşagəlməz halların qarşısın almaq üçün sürücülər qoyulan tələblərə əməl etməlidirlər. Ekspertin sözlərinə görə, məktəbliləri daşıyan sürücülər yolda icazə verilən həddən asılı olmayaraq, saatda 70-km sürəti aşmamalıdırlar.

Ekspertin fikrincə, səfər təşkil edilərkən təcrübəli bələdçi də olmalıdır ki, avtobusda uşaqları idarə edə bilsin.

Bu arada, Baş Dövlət Yol Polisi İdarəsi də tur təşkil edənlərə və sürücülərə müraciət edib. Bildirilib ki, səfərə çıxmazdan əvvəl avtobusun texniki sazlığına da diqqət yetirilməlidir.

Qeyd edək ki, qanunvericiliyə görə, əgər bir məktəbin bütün kollektivi belə səfərləri 2-3-4 avtobusla edirsə, təhlükəsizliyi təmin etmək üçün yol polisi həmin nəqliyyat karvanını müşayiət etməlidir.

Daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv