Vergi ödəyiciləri üçün nağdsız aparılmalı olan ƏDV hesablaşmalarına dəyişiklik edilib

Vergi ödəyiciləri üçün nağdsız aparılmalı olan ƏDV hesablaşmalarına dəyişiklik edilib






presstv

"Presstv"az #Azərbaycan, #Bələdiyyə, #Ədliyyə Nazirliyi, #Əlavə Dəyər Vergisi (ƏDV), #İqtisadiyyat Nazirliyi, #Mikayıl Cabbarov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda Əlavə Dəyər Vergisi (ƏDV) məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri, həmçinin ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən, təqvim ayı ərzində ümumi məbləği əvvəlki ayın dövriyyəsinin (ƏDV daxil olmaqla) 2%-ni ötən hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada aparılmalıdır.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu dəyişiklik İqtisadiyyat Nazirliyinin Kollegiyası tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”na edilib. Qərar iqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən imzalanıb.

Qərara görə, digər vergi ödəyiciləri üçün isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar yalnız nağdsız formada həyata keçirilməlidir.

Yeni dəyişikliklərə əsasən, bundan sonra bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə ödənişlərin də nağdsız şəkildə aparılması nəzarətə götürüləcək.

Həmçinin qeyd olunur ki, əgər əvvəlki ay təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin 2%-i 30 min manatdan az olarsa, həmin ayda ümumi məbləği 30 min manatdan artıq olan hesablaşmalar, əgər bu göstərici 50 min manatdan çox olarsa, 50 min manatdan artıq hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilməlidir.

İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinə tapşırılıb ki, bu qərarı 3 gün ərzində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv