Pulitzer mükafatının qalibləri elan edildi

Pulitzer mükafatının qalibləri elan edildi






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Donald Tramp, #Jurnalistlər, #Kolumbiya, #Münaqişə, #Nyu-York

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Pulitzer mükafatının təşkilat komitəsi Nyu-Yorkdakı Kolumbiya Universitetində mükafat qaliblərini açıqlayıb.

presstvaz TASS-a istinadən xəbər verir ki, “İctimai xidmətə görə” kateqoriyasında Nyu-Yorkda yerləşən və jurnalist araşdırmaları ilə məşğul olan “ProPublica” qeyri-kommersiya təşkilatı qalib olub. Mükafat ABŞ-də abortun qismən qadağan edilməsinin nəticələri ilə bağlı reportaja görə verilib.

“The Washington Post” qəzetinin jurnalistləri “Prezidentliyə namizəd Donald Trampa 13 iyul 2024-cü ildə edilən sui-qəsd cəhdinin operativ işıqlandırılması”na görə mükafata layiq görülüblər.

“The Wall Street Journal” qəzetinin əməkdaşları “Yerli reportaj” kateqoriyasında mükafat qazanıblar.

The New York Times” jurnalisti Deklan Uolş və həmkarları isə Sudan münaqişəsi ilə bağlı “ifşaedici araşdırma”ya görə “Xarici reportaj” kateqoriyasında qalib olublar.

Qeyd edək ki, Pulitzer mükafatı hər il Nyu-Yorkda təqdim olunur. Bu il mükafat 109-cu dəfə öz sahiblərini tapıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv