Baş nazir: “Azərbaycan və Belarus birgə səyləri artırmaq barədə razılığa gəliblər”

Baş nazir: “Azərbaycan və Belarus birgə səyləri artırmaq barədə razılığa gəliblər”






presstv

"Presstv"az #Aleksandr Lukaşenko, #Azərbaycan, #Belarus, #Əli Əsədov, #İlham Əliyev, #Nazirlər Kabineti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Biz hökumət kanalları vasitəsilə imzalanmış sazişlərin və dövlət başçılarının tapşırıqlarının həyata keçirilməsi üçün birgə səyləri artırmaq barədə razılığa gəldik”.

presstvaz APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Nazirlər Kabinetində belaruslu həmkarı Aleksandr Turçinlə geniştərkibli görüşdə bildirib.

“Sevindirici haldır ki, siz bu gün belə yüksəksəviyyəli nümayəndə heyəti ilə Azərbaycandasınız. Bu, Belarusun əlaqələrimizin inkişafına verdiyi önəmi bir daha təsdiqləyir. Azərbaycan da Belarusla qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıdır. Bu gün bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm məsələləri ilə bağlı çox konstruktiv müzakirəmiz oldu. 170-dən çox sənədə əsaslanan geniş praktiki əməkdaşlığımız var. Prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenkonun birgə səyləri sayəsində Azərbaycan-Belarus tərəfdaşlığı hazırda bütün sahələrdə inkişaf edir və hərtərəfli xarakter daşıyır. Qarşılıqlı səfərlər və ən yüksək səviyyədə keçirilən görüşlər, əldə edilmiş razılaşmalar və imzalanmış sənədlər əməkdaşlığın effektiv inkişafını təmin edir.

2024-cü ildə Belarus prezidentinin Azərbaycana iki səfəri, habelə üçüncü ölkələrdə dövlət başçılarının beynəlxalq məkanlarda ikitərəfli görüşləri bunun bariz təsdiqidir. 2024-cü ilin mayında Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri zamanı dövlət başçıları əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni istiqamətlər müəyyən ediblər. Kənd təsərrüfatı, gömrük, turizm, kiçik və orta biznesin inkişafı kimi sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirmək üçün mühüm sənədlər paketi imzalanıb”, – deyə Baş nazir qeyd edib.

Əli Əsədov deyib ki, keçən ilin iyununda Belarusda işgüzar, oktyabrda isə rəsmi səfərdə olub. Həmçinin 2024-cü ildə baş nazir müavinlərinin sədrliyi ilə Minskdə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib, dövlət başçılarının tapşırıqları nəzərə alınaraq əməkdaşlığın inkişafına dair 2024-25-ci illər üçün Yol Xəritəsi yenilənib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv