Novorossiyskdə Ukrayna dronlarının hücumundan sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib

Novorossiyskdə Ukrayna dronlarının hücumundan sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib






presstv

"Presstv"az #Hadisə, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Krasnodar diyarının Novorossiysk şəhərində Ukrayna ordusunun gecə hücumundan sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib.

presstvaz xəbər verir ki, bu barədə şəhərin başçısı Andrey Kravçenko öz “Telegram” kanalında məlumat paylaşıb.

O yazıb ki, hücum nəticəsində çoxmənzilli yaşayış evləri zərər görüb:

“Operativ xidmətlər hadisə yerində işləyirlər. Zərurət yaranarsa, müvəqqəti yerləşdirmə məntəqələri açacağıq”.

Daha əvvəl Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, PUA qalıqları Novorossiyskdəki taxıl terminalında üç çəni zədələyib.

Ukraynaya məxsus PUA-ların gecə hücumundan sonra üç çoxmənzilli ev zədələnib, ikisi uşaq olmaqla beş nəfər yaralanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv