Quş qripi bu qidada sağ qalırmış

Quş qripi bu qidada sağ qalırmış






presstv

"Presstv"az #ABŞ, #Qida məhsulları, #Qrip, #Quş qripi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

HPA1 H5N1 quş qripi virusu çiy süddən pendir hazırlanması prosesini “sağ” keçirə bilər.

presstvaz oxu.az-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri “bioRxiv” platformasında dərc olunub.

Alimlər izah ediblər ki, ABŞ-nin bəzi ştatlarında çiy südün satışı qadağandır, lakin 1949-cu ildən bəri çiy süddən hazırlanmış pendirin ən azı 60 gün saxlanma şərti ilə satılmasına icazə verilir. Bu müddət ərzində pendirdə təbii turşular və fermentlər əmələ gəlir ki, onların patogen mikroorqanizmləri məhv etdiyi düşünülür.

Mütəxəssislər yoxlamaq üçün fərqli turşuluq səviyyələrində (pH 6.6-dan 5.0-a qədər) mini-pendirlər hazırlayıb və onlara H5N1 virusunu əlavə ediblər. Daha sonra bu pendirlər döllənmiş toyuq yumurtalarına yeridilib və virusun nə qədər müddət yoluxucu qaldığı izlənilib. İlk yeddi gün ərzində virusun səviyyəsi yüksək qalıb, daha sonra iki azturşulu pendirdə azalma müşahidə edilib. Lakin ən turşulu mühitə malik pendirdə (pH 5.0) virus iki ay ərzində tamamilə yox olub.

“Tədqiqatımız göstərir ki, HPA1 H5N1 virusu pendir istehsalı prosesində gözlənilməz dərəcədə davamlıdır”, – deyə alimlər bildiriblər.

Mütəxəssislər pendirin turşuluq səviyyəsinin artırılmasının onun daha təhlükəsiz hala gətirə biləcəyini qeyd ediblər.

Tədqiqatı şərh edən ABŞ səhiyyə naziri Robert Kennedi isə bildirib ki, qida məhsulları quş qripinin ötürülməsi baxımından təhlükəli deyil.

“Xəstəlik qida vasitəsilə ötürülmür, buna görə də yumurta, süd və ya ət yeyərək yoluxmaq mümkün deyil”, – deyə nazir vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv