Ərdoğan: “Hədəfimiz Türkmənistan qazını Xəzərdən keçən boru ilə ölkəmizə gətirməkdir”

Ərdoğan: “Hədəfimiz Türkmənistan qazını Xəzərdən keçən boru ilə ölkəmizə gətirməkdir”






presstv

"Presstv"az #İran, #İstanbul, #Rəcəb Tayyib Ərdoğan, #Türkiyə, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Türkiyə təbii sərvətləri, coğrafi mövqeyi və karbohidrogen ehtiyatlarına yaxınlığı ilə qlobal enerji xəritəsində strateji yerə malikdir”.

presstvaz TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda baş tutan Təbii Sərvətlər Sammitində bəyan edib.

Dövlət başçısı vurğulayıb ki, Ankara yaxın gələcəkdə Xəzər dənizi vasitəsilə Türkmənistan qazını idxal etməyi planlaşdırır.

“Bu ilin mart ayından Türkmənistan qazını İran ərazisindən keçərək Türkiyəyə tədarük edirik. Hədəfimiz beş il sonra Türkmənistan qazını Xəzərdən keçən boru ilə ölkəmizə gətirməkdir”, – deyə Türkiyə prezidenti vurğulayıb.

Onun sözlərinə görə, indiyədək bu marşrut üzrə 250 milyon kubmetr təbii qaz nəql olunub. İlin sonunadək isə bu həcmin 1,3 milyard kubmetrə çatacağı gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv