Qohumunu öldürərək yandıran fizika müəllimi ilə bağlı qərar verildi

Qohumunu öldürərək yandıran fizika müəllimi ilə bağlı qərar verildi






presstv

"Presstv"az #Ali Məhkəmə, #Cinayət işi, #Hadisə, #Hakim, #Hədə-qorxu ilə tələb etmə, #Orta məktəb, #Şəki

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yevlaxda həyat yoldaşının xalasını öldürüb yandırmaqda təqsirləndirilən Göygöl rayon sakini Elnur Hüseynov barəsindəki qərardan kassasiya şikayəti verib.

presstvaz   Oxu.az-a istinadən bildirir ki,  şikayətə Ali Məhkəmədə baxılıb. Hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib. Məhkəmə qərarı qüvvədə saxlayıb.

İttihama görə, 2021-ci il aprelin 14-də Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə yanğın olub. Yanğın yerinə baxış keçirilərkən oradan həmin sexin sahibi 1968-ci il təvəllüdlü Səidə İmran qızı Hüseynovanın yanmış meyiti aşkar edilib. Aparılan istintaq tədbirləri nəticəsində qadının qətlə yetirilərək yandırıldığı müəyyən edilib.

Məlum olub ki, Elnur Hüseynov qayınanasının bacısı Səidə Hüseynovanı tamah məqsədilə əmlaklarını ələ keçirməklə öldürüb, hadisənin izini itirmək məqsədilə sexə od vurub. Elnur Hüseynova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və digər maddələri ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Hüseynov 19 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Elnur Hüseynov Göygöl rayonunun Çaykənd kənd tam orta məktəbində fizika müəllimi işləyirmiş.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv