Orxan Məmmədov: “İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib bir hissəsidir”

Orxan Məmmədov: “İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin vacib bir hissəsidir”






presstv

"Presstv"az #Azərbaycan, #Caliber, #Hadisə, #Hakerlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İnformasiya təhlükəsizliyi, xüsusilə də media sahəsində yalnız texniki məsələ deyil, dövlət təhlükəsizliyinin vacib bir hissəsidir”.

presstvaz xəbər verir ki, bu sözləri “Global Media Group”un idarə heyətinin üzvü Orxan Məmmədov parlamentdə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirdiyi ictimai müzakirədə çıxışı zamanı deyib.

O.Məmmədov xatırladıb ki, bu il fevralın 20-si səhər saat 10 radələrində “Global Media Group”una qarşı ciddi və genişmiqyaslı kiberhücum həyata keçirilib:

“Hücum ilk olaraq Baku TV-nin daxili serverlərinə yönəldi, daha sonra Report.az, presstvaz, Baku.ws, Caliber.az və Media.az kimi ölkənin aparıcı xəbər portallarına yayıldı.

İT komandamızın və dəvət olunmuş müvafiq qurumların operativ müdaxiləsi nəticəsində virusun yayılması dayandırıldı. Lakin təəssüf ki, bəzi serverlərdə məlumat itkisi yaşandı və saytların fəaliyyəti qısa müddət də olsa pozuldu”.

İdarə heyətinin üzvü əlavə edib ki, həmin dövrdə serverlərdə mütəxəssislərin tövsiyə etdiyi, beynəlxalq səviyyədə tanınmış qabaqcıl müdafiə sistemləri mövcud idi:

“Buna baxmayaraq, hakerlər çox yüksəksəviyyəli və az tanınan metodlardan istifadə edərək müdafiə səddini aşa bildilər. Bu, bir daha göstərdi ki, qarşı tərəfin hazırlıq səviyyəsi qeyri-adi dərəcədə güclü idi”.

Onun sözlərinə görə, görülən tədbirlər çərçivəsində saytların daha yaxşı qorunan data-mərkəzinə köçürülməsi və server infrastrukturunun tam yenidən qurulması qərarı verildi:

“Paralel olaraq, beynəlxalq kibertəhlükəsizlik şirkətləri ilə daimi əməkdaşlıq başlanıldı və şəbəkə avadanlıqları yeniləndi. Bu hadisə bizə bir daha sübut etdi ki, informasiya təhlükəsizliyi, xüsusilə də media sahəsində yalnız texniki məsələ deyil, dövlət təhlükəsizliyinin vacib bir hissəsidir. Bu istiqamətdə davamlı investisiya və preventiv tədbirlər görmək zəruridir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv