“Apple”ı Trampın ticarət müharibəsinə görə 900 milyon dollar zərər gözləyir

“Apple”ı Trampın ticarət müharibəsinə görə 900 milyon dollar zərər gözləyir






presstv

"Presstv"az #ABŞ, #Apple, #Çin, #Dollar, #Donald Tramp, #Hindistan, #iPhone

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Apple” şirkəti ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yeni ticarət tarifləri səbəbi ilə cari rübdə xərclərinin 900 milyon dollar artacağını gözləyir.

presstvaz-ın investing.com-a istinadla verdiyi məlumata görə, bu barədə şirkətin baş direktoru Tim Kuk gəlir hesabatı ilə bağlı telefon konfransında məlumat verib.

Onun sözlərinə görə, “iPhone” istehsalının Çindən Hindistana köçürülməsi artıq başlanıb.

Eyni zamanda, ABŞ-də satılan “iPad”, “Mac”, “Apple Watch” və “AirPods” modellərinin əsas istehsal yeri Vyetnam olacaq. Çin isə ABŞ-dən kənar bazarlara yönələn satışlar üçün əsas istehsal məkanı olaraq qalacaq.

Şirkət rəhbəri tariflərin mart rübündə məhdud təsir göstərdiyini bildirsə də, cari şərtlər dəyişməzsə, 900 milyon dollarlıq əlavə xərcin yaranacağını qeyd edib.

Xatırladaq ki, apreldə Tramp Çin mallarına 145%-lik tarif tətbiq edib və yaxın həftələrdə elektronika məhsulları üçün ayrıca tariflərin qüvvəyə minəcəyi gözlənilir. Bu qərarlar “Apple”ın istehsalının 90%-dən çoxunun Çində həyata keçirilməsi fonunda şirkət üçün ciddi problemlər yaradır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv