Sumqayıtda ailə faciəsi: Həyat yoldaşını bıçaqlayan iki uşaq anası saxlanıldı

Sumqayıtda ailə faciəsi: Həyat yoldaşını bıçaqlayan iki uşaq anası saxlanıldı






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Araşdırma aparılır., #Bıçaqlanma hadisəsi, #Hadisə, #Münaqişə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sumqayıtda baş verən ailədaxili münaqişə qanla nəticələnib.

Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 38 yaşlı Rəmziyə İmanova münaqişə zəminində həyat yoldaşı Vüsal İmanovu bıçaqlayıb. Qadın polis əməkdaşları tərəfindən saxlanılıb.

“Çox sakit ailədir, heç kimlə işləri yoxdur. Bir qız, bir oğulları var. Həyat yoldaşı işləyir, qadın da yaxşı insandır. Kişi bir az içki içəndir, ola bilər ki, bu səbəbdən mübahisə yaranıb” , – deyə qonşu bildirib.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, zərərçəkmişə döş qəfəsinin orta səthinin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və ona zəruri tibbi yardım göstərilib.

Ətraflı Baku TV-nin süjetində:


29 aprel, 14:20

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində ərini bıçaqlamaqda şübhəli bilinən qadın məsuliyyətə cəlb olunub.

presstvaz   Oxu.az-a istinadən bildirir ki, 1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

13:23

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

presstvaz xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Vüsal Kərimbala oğlu İmanov həyat yoldaşı 1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova tərəfindən bıçaqlanıb və dərhal xəstəxanaya çatdırılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) presstvaz-ın sorğusuna cavab olaraq bildirilib ki, 1988-ci il təvəllüdlü şəxs (kişi cinsli) aprelin 28-i, saat 10:00-da Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub.

“Döş qəfəsinin orta səthinin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardım göstərilib.

Zəruri tibbi yardımlardan sonra vətəndaş öz iltizamnaməsi əsasında saat 12:50 radələrində ambulator müalicə üçün evə buraxılıb”, – deyə məlumatda bildirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv