Qərbi Azərbaycan Xronikası: “Göyçə mühiti aşıqlarla yanaşı, görkəmli el şairləri də yetirib”

Qərbi Azərbaycan Xronikası: “Göyçə mühiti aşıqlarla yanaşı, görkəmli el şairləri də yetirib”






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Deportasiya, #Ermənistan, #İlham Əliyev, #Tovuz rayonu, #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi şair-publisist, araşdırmaçı Qılman İman olub. O, Qərbi Azərbaycanda geniş vüsət alan aşıq yaradıcılığından, o cümlədən Göyçə aşıq məktəbindən söhbət açıb. Bildirib ki, Qərbi Azərbaycan yalnız elm adamları, tarixi şəxsiyyətləri, qəhrəmanları ilə deyil, ozan aşıq sənətinin görkəmli nümayəndələri ilə də tanınıb. Həmin saz, söz, sənət adamları tarixən bu ərazilərdə yaşayıb-yaradıb, folklor nümunələrini nəsildən-nəslə ötürüblər.

Araşdırmaçının sözlərinə görə, Göyçə aşıq sənətinin dərin tarixi kökləri var. Dədə Qorquddan başlanğıcını götürən bu sənət, ənənə Ozan İbrahim, Miskin Abdal, Ağ Aşıq, Aşıq Alı, Şair Məmmədhüseyn, Aşıq Ələsgər, Ululu Kərim, Aşıq Nəsib, Aşıq Cəlil Dərələyəzli və digər saz-söz ustadları ilə daha da inkişaf edib Qərbi Azərbaycanın, ümumən tarixi Azərbaycan ərazilərinin hər bir bölgəsinə yayılıb.

Q.İman qeyd edib ki, Dədə Ələsgər aşıq sənətində yeni mərhələ yaradıb. Təsadüfi deyil ki, ondan sonra gələn bütün aşıqlar, hətta müasir dövrümüzdə yaşayıb-yaradan ustadlar, gənclər də Dədə Ələsgəri özlərinə istinad mənbəyi biliblər. Aşıq Ələsgərin şəyirdləri Aşıq Talıb, Aşıq Ağayar, Aşıq Əsəd, Aşıq Nəcəf, Növrəst İman, Aşıq Nağı və başqaları ustadın yolunu davam etdirərək böyük aşıqlar ordusunun yaranmasına mühüm töhfə veriblər.

Araşdırmaçının dediyinə görə, Göyçə mühiti aşıqlarla yanaşı, görkəmli el şairləri də yetirib. O, Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kəndində yaşayıb-yaradan Aşıq Bəhmən Göyçəlinin adını buna bir nümunə kimi qeyd edib. Söyləyib ki, Aşıq Bəhmən gənclik dövründən el arasında aşıq-şair kimi tanınıb, toy-düyünlərə dəvət olunub. Onun gəraylı, qoşma, müxəmməs, qəzəl, divani, dodaqdəyməz, cığalı təcnis və digər janrlarda yaratdığı şeirlər dillər əzbəri olub. Müsahib klassik Göyçə aşıq məktəbinin layiqli nümayəndəsi kimi Əməkdar mədəniyyət işçisi, ustad aşıq Fətullah Göyçəlinin, gənclərdən Aşıq Göyçə Ömürlünün və digər saz-söz sahiblərinin adlarını sadalayıb. Vurğulayıb ki, Qərbi Azərbaycan aşıqlarının yaradıcılığında irfan xətti özünü açıq şəkildə göstərir.

Şair-publisist Q.İman ermənilərin ötən əsrdə xalqımızın başına gətirdiyi müsibətlərdən, o cümlədən sənətkarlarımıza yaşatdıqları faciələrdən də danışıb. Onun sözlərinə görə, göyçəli Aşıq Nəcəf ilk milli şəhidimizdir. Ermənilər ustadın gözləri qarşısında övladlarını diri-diri basdırıb, digərlərini amansızlıqla qətlə yetiriblər. Aşıq Nəcəfin özünün də sazını sındırıb samovar qalayıb, daha sonra həmin samovarı sənətkarın belinə şəlləyib ona müxtəlif işgəncələr veriblər. Bu işgəncələrə dözə bilməyən Aşıq Nəcəf dünyasını dəyişib. Göyçəli Aşıq Əsəd isə erməni təqibindən yaxa qurtarmaq üçün ata-baba yurdunu tərk etməyə məcbur olub, Tovuz rayonunda məskunlaşıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv