Uşaqların həyatı risk altında: Attraksionlara kim nəzarət edir?

Uşaqların həyatı risk altında: Attraksionlara kim nəzarət edir?






presstv

"Presstv"az #Bakı, #Güclü külək, #Hadisə, #Körpə, #Nazirlər Kabineti, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Böyükşor bulvarında uşaqların əyləndiyi hava ilə doldurulmuş attraksion güclü külək səbəbindən parkın digər sahəsinə uçub. Hadisənin baş verdiyi anda parkda azyaşlı uşaqların olması məsələni daha da ciddiləşdirib.

presstvaz İTV-yə istinadən xəbər verir ki, adətən hava şəraiti nəzərə alınaraq bu cür qurğular çadırlarla örtülür. Valideynlər isə attraksionların nəzarətsiz qalmasını kəskin tənqid edirlər:

“Hər kəsin körpə uşağı var. Mütləq nəzarət olunmalıdır ki, belə hadisələrin qarşısı alınsın. Biz övladlarımızı pulla əylənməyə aparırıqsa, attraksionlar da düzgün idarə olunmalıdır”, – deyə sakinlərdən biri bildirib.

Mütəxəssislər bildirirlər ki, attraksionların vaxtaşırı yoxlanılması mütləqdir.

Ölkədə mexaniki attraksionların norma və sınaq yoxlamalarını həyata keçirən qurum Fövqəladə Hallar Nazirliyidir.

Nazirliyin məlumatına görə, Nazirlər Kabinetinin 94 nömrəli qərarına əsasən, bu cür qurğular ildə bir dəfə texniki müayinədən keçirilir. Müayinə zamanı aşkar edilən nasazlıqlar barədə aktlar tərtib olunur və onların aradan qaldırılması nəzarətə götürülür.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv