Hövsanda çimərliyə kanalizasiya suyu axıdılır

Hövsanda çimərliyə kanalizasiya suyu axıdılır






presstv

"Presstv"az #Bakı, #dənizdə, #Hakim, #Hövsan qəsəbəsi, #Sakin şikayəti, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Hövsan qəsəbəsindəki çimərliklərdən birinə kanalizasiya suyu axır.

Vətəndaşlar bildiriblər ki, çirkab suya görə dənizdəki balıqlar da tələf olur. “Hər tərəfdən kanalizasiya suyu axır. Başdan-ayağa murdarçılıqdır, təmiz balıq da çıxmır”, – deyə sakin şikayətini bildirib.

Ekoloq Rövşən Abbasovun sözlərinə görə, belə ərazidə ekosistem xidmətləri, balıq potensialı azalır:

“Balıq tutulsa belə, onu yemək təhlükəli ola bilər. Çirklənmə dənizin faunasına ciddi zərər vuran amillərdən biridir. Ona görə də, burada geniş qiymətləndirmə aparılmalıdır”. Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə bağlarda yaşayan sakinlər tərəfindən özbaşına xətlər çəkilir və çirkab suları həmin əraziyə axıdılır.

Məsələ diqqətdə saxlanılır və bununla bağlı qurum Dövlət Su Ehtiyatları Agentliyinə müraciət edib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd edilib ki, həmin ünvanda qurumun mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil:

“Kanalizasiya sistemi olmayan ərazilərdə Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə təchizat sisteminin qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası kanalizasiya şəbəkəsinin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqəsində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv