Bəşəriyyətin ən böyük texnogen fəlakətinin 39-cu ili – ÇERNOBIL FACİƏSİ

Bəşəriyyətin ən böyük texnogen fəlakətinin 39-cu ili – ÇERNOBIL FACİƏSİ






presstv

"Presstv"az #Azərbaycan, #Belarus, #Hadisə, #Kiyev, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Çernobıl Atom Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 39 il ötür.

presstvaz xatırladır ki, 1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda yanğın baş verib.

XX əsrin faciəsi adlandırılan bu hadisə ən böyük texnogen fəlakət hesab olunur. AES-in dördüncü enerji blokunda baş verən partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Partlayışın gücü vaxtilə Xirosimaya atılmış bombanın 500 misli qədərində olub.

Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanmadan 50 nəfər ölüb. Ümumilikdə yeddi minə yaxın insan həyatını itirib, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəst olub, onminlərlə insan isə sonsuz qalıb.

Bu qorxunc partlayış nəticəsində Ukrayna, Rusiya və Belarusun 145 min kvadrat kilometrdən çox ərazisi radioaktiv çirklənməyə məruz qalıb.

Qəzadan sonra AES ətrafındakı zonadan 350 minədək insan köçürülüb, ümumilikdə, 586 min nəfər radioaktiv təsirə məruz qalıb ki, onlardan 200 mini qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, 116 mini Çernobılda yaşayanlar, 270 mini isə Ukrayna və Belarusun radiasiyaya məruz qalmış rayonlarında yaşayanlar olub.

AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən “Sarkofaq” əməliyyatına yeddi min azərbaycanlı da cəlb edilib. Onlardan 2 000 nəfəri şüalanmadan dünyasını dəyişib, qalanları isə ömürlük əlil olublar.

Qeyd edək ki, Çernobıl AES 2000-ci il dekabrın 15-də tamamilə bağlanıb.

BMT aprelin 26-nı Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirə Günü elan edəndən sonra 2003-cü ilin dekabrında qurumun Baş Assambleyası həmin qərarı dəstəkləyib və təşkilata üzv ölkələri həmin günü qeyd etməyə çağırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv