Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif olunur

Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif olunur






presstv

"Presstv"az #Bələdiyyə, #Daxili İşlər Nazirliyi (DİN), #Rusiya, #Təhsil, #Uşaq bağçası, #Yoluxucu xəstəlik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya hökuməti Dövlət Dumasına Rusiya Daxili İşlər Nazirliyi (DİN) ilə regional və bələdiyyə təhsil idarələri arasında miqrantların uşaqlarına dair məlumatların ötürülməsi mexanizminin tətbiqini təklif edən qanun layihəsi təqdim edib.

presstvaz xəbər verir ki, sənəd Dumanın məlumat bazasında yerləşdirilib.

Dəyişikliklər bir sıra federal qanunlarda nəzərdə tutulub. “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” qanunda təklif edilir ki, regional və bələdiyyə təhsil idarələri miqrantların uşaqlarının rus dili biliklərinin test nəticələrinə, onların məktəb və kolleclərə qəbuluna və ya onlardan kənarlaşdırılmasına dair məlumatları DİN-ə göndərmələri norması təsbit edilsin.

DİN isə miqrant uşaqların yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyat uçotundan çıxarılması ilə bağlı məlumatları regionlara ötürəcək.

Bundan başqa, əcnəbi vətəndaşların uşaqlarını uşaq bağçasına qəbul edərkən onlardan uşaqda başqaları üçün təhlükə yaradan yoluxucu xəstəliklərin olmadığı barədə tibbi arayış tələb olunacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv