Boy uzatma əməliyyatının hansı fəsadları olur? – Sakinlər və həkimlər DANIŞDILAR

Boy uzatma əməliyyatının hansı fəsadları olur? – Sakinlər və həkimlər DANIŞDILAR






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Almaniya, #Azərbaycan, #Dollar, #Həkim, #İngiltərə, #Sağlamlıq, #Tailand, #Türkiyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Boy uzatma əməliyyatı bir çoxları üçün hələ də əlçatmaz arzu kimi görünsə də, texnologiyanın və tibbin inkişafı bunu gerçəkləşdirməyə qadirdir.

Azərbaycandan fərqli olaraq dünya ölkələrində boy uzatma əməliyyatına üz tutanların sayı kifayət qədərdir. Amerika Birləşmiş Ştatları, Almaniya, İngiltərə, Tailand, Türkiyə kimi ölkələrdə bu əməliyyatın qiyməti 75 min ilə 280 min ABŞ dolları arasında dəyişir.

Bəs maraqlıdır, proses necə həyata keçirilir?

Travmatoloq-ortoped Ağaməzahir Ağazadənin sözlərinə görə, sözügedən əməliyyat adətən 20-21 yaşdan sonra icra edilir:

“Təxminən 1.5-2 saat davam edir. Prosesdən sonra sümüyün həm içində, həm də xaricində qurğu olur. Əməliyyat nəticəsində 15-16 santimetrə kimi xəstənin boyu uzadıla bilər”.

Bu əməliyyatın həyata keçirilməsinin sağlamlıq üçün hansı riskləri yarada biləcəyinə gəlincə isə, travmatoloq bildirib ki, sümük sağalmaya bilər və yaxud xroniki ağrıların olması mümkündür:

“Çünki boy uzatma əməliyyatı ilə sadəcə sümük uzadılmır. Eyni zamanda damar, sinir uzanır”.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv