Mərmərədə 291 afterşok qeydə alındı

Mərmərədə 291 afterşok qeydə alındı






presstv

"Presstv"az #İstanbul, #Təbii fəlakət, #Türkiyə, #Yeraltı təkanlar, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mərmərə dənizində Silivri sahilində 6,2 maqnitudalı zəlzələdən sonra 291 afterşok qeydə alınıb.

presstvaz report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin Mərmərə dənizində baş vermiş zəlzələ ilə bağlı yazılı bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, onların əksəriyyəti zəif olub və saylarının azalması tendensiyası müşahidə olunur.

Xatırladılıb ki, aprelin 23-dəki yeraltı təkanın maqnitudası 6,2 təşkil edib. Episentr Silivri yaşayış məntəqəsindən təxminən 24 kilometr məsafədə yerləşib.

"Zəlzələ zamanı İstanbulun cənub sahillərindəki yaşayış məntəqələri 5 şiddətinə uyğun gələn aşağı təkanlarla silkələnib. Uzun müddətdir davam edən risk azaltma işlərinin də töhfəsi ilə, zəlzələ struktur zərərə səbəb olmamış və insan itkisi yaşanmayıb", – bəyanatda deyilib.

Eyni zamanda, bəyanatda postseysmik aktivliyə xüsusi diqqət yetirilir: "Əsas təkandan sonra 291 afterşok qeydə alınıb. Onlardan 283-ü 3,9 və daha aşağı maqnitudada, əksəriyyəti 3-dən aşağı olub. Cəmi 8 afterşok 4 maqnituda həddini keçib".

AFAD-a görə, son 28 saat ərzində 4 saatlıq intervallarda afterşokların tezliyinin təhlili davamlı azalma tendensiyasını göstərir. Yeraltı təkanların yaxın həftələr ərzində sönəcəyi gözlənilir.

Bəyanatda həmçinin vurğulanıb ki, zəlzələ nəticəsində sərbəst buraxılmış enerji trotil ekvivalentində 30 kilotondan çox təşkil edib ki, bu da 2019-cu il sentyabrın 26-da eyni bölgədə baş vermiş 5,8 maqnitudalı zəlzələnin göstəricilərindən təxminən dörd dəfə çoxdur.

presstvaz 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv