Albert İsakov: “Erməni cəmiyyəti etiraf etməlidir ki, azərbaycanlılar Ermənistanda yaşayırdılar”

Albert İsakov: “Erməni cəmiyyəti etiraf etməlidir ki, azərbaycanlılar Ermənistanda yaşayırdılar”






presstv

"Presstv"az #Azərbaycan, #Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, #Ermənistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məşhur videobloqer Albert İsakov monoetnik mühitdə həyat və başqa xalqları qəbul etməyin zəruriliyi ilə bağlı fikirlərini bölüşüb.

presstvaz xəbər verir ki, o bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən dəyirmi masa zamanı danışıb.

İsakov 16 yaşında tamamilə monoetnik və aqressiv linqvistik mühitlə qarşılaşdığı Ermənistana köçməsi ilə bağlı şəxsi təcrübəsi barədə fikirlərini bildirib.

“Ermənistanda ətrafdakı hər şey bir rəngdə, bir tipdədir. Başqa heç nə ola bilməz. Bu cəmiyyət yaşadığı dünyanın onun ətrafında fırlandığını düşünür. Tarix, bütün bəşəriyyət – hər şey onlarla bağlıdır, onlar haqqındadır”, – bloqer qeyd edib.

O vurğulayıb ki, Ermənistan cəmiyyəti çoxlu sayda azərbaycanlıların, türklərin və Qafqazın digər xalqlarının regionda yaşaması faktını qəbul etməlidir, onlarla birlikdə yaşaya bilməli və onları bir insan kimi qəbul etməlidir.

“Etiraf etmək lazımdır ki, azərbaycanlılar Ermənistanda yaşayırdılar. Bu ölkədə yaşlı nəsil bunu xatırlayır, çoxları onlarla əlaqə saxlayıb, dost olub, müxtəlif səviyyəli münasibətlərdə olub”, – İsakov bildirib.

Rufina Abdullayeva


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv