Erkən ölüm riskini müəyyən etməyin sadə üsulu: Cəmi 30 saniyə

Erkən ölüm riskini müəyyən etməyin sadə üsulu: Cəmi 30 saniyə






presstv

"Presstv"az #Həkim, #Kitab, #Uzunömürlülük

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Stulda əyləşməklə bağlı yarım dəqiqəlik sadə bir test erkən ölüm riskinizi göstərə bilər”.

presstvaz-ın “HuffPost”a istinadən verdiyi məlumata görə, bu barədə britaniyalı terapevt və uzunömürlülük üzrə kitab müəllifi Don Harper danışıb.

Onun sözlərinə görə, bunu yoxlamaq üçün saniyəölçəni qurmaq və 30 saniyə ərzində stuldan neçə dəfə qalxıb otura bildiyinizi saymaq lazımdır.

“Məsələn, 60 yaşlı kişilər üçün orta göstərici – 14 dəfə, qadınlar üçün – 12 dəfədir. Əgər bu göstəricidən xeyli az edirsinizsə, yıxılma və erkən ölüm riski artır”, – deyə həkim xəbərdarlıq edib.

O qeyd edir ki, yaş artdıqca normal göstəricilər azalır: “65-69 yaş: kişilər – 12, qadınlar – 11 dəfə; 80-84 yaş: kişilər – 10, qadınlar – 9 dəfə; 90 yaş: kişilər – 7, qadınlar – 4 dəfə”.

Don Harper vurğulayıb ki, erkən ölüm riskini balans və dözümlülük məşqləri ilə azaltmaq mümkündür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv