Regional Təhsil İdarələrinə yeni müdir müavinləri təyin olunublar

Regional Təhsil İdarələrinə yeni müdir müavinləri təyin olunublar






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Bakı, #Bakı Dövlət Universitetini, #Biləsuvar, #Dərslik, #Gəncə Dövlət Universiteti, #Lənkəran, #Lənkəran-Astara Regional Təhsil İdarəsi, #Magistratura, #Metodist, #Qazax, #Salyan, #Şəki, #Şəmkir, #Şəmkir rayonu, #Təhsil, #Təhsil İnstitutu, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir sıra regional təhsil idarələrinə yeni müdir müavinləri təyin olunub.

presstvaz xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Aynur Rüstəmova Abşeron-Xızı Regional Təhsil İdarəsinin, Hafiz Pənahov Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Hüseyn Hüseynov Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunublar.

Aynur Rüstəmova 1994-98-ci illərdə Bakı Dövlət Universitetinin filologiya ixtisası üzrə bakalavriat, 2008-10-cu illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya ixtisası üzrə magistratura səviyyələri üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1998-ci ilə Bakı şəhəri 51 nömrəli tam orta ümumtəhsil məktəbində ixtisası üzrə müəllim olaraq başlayıb. 2006-22-ci illərdə Bakı Avropa Liseyi, Bakı şəhəri 20 nömrəli tam orta ümumtəhsil məktəbində ixtisası üzrə müəllim və təlim-tərbiyə (tədris) işləri üzrə direktor müavini vəzifələrində çalışıb. 2022-ci ildən isə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodiki Dəstək Mərkəzinin direktoru vəzifəsində çalışıb. A.Rüstəmova bir sıra dərslik, metodiki vəsait və ümumtəhsil müəssisələri üçün nəzərdə tutulmuş proqramların həmmüəllifi və müəllifi olub. Həmçinin o, bir çox layihələrdə iştirak edib, 2009-cu ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.

Hüseyn Hüseynov 2005-2009-cu illərdə Lənkəran Dövlət Universitetində gömrük işinin təşkili ixtisası üzrə bakalavr, 2011-14-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin menecment ixtisası üzrə magistr təhsili alıb. Əmək fəaliyyətinə 2011-ci ildə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar şəhər Məktəb-Lisey Kompleksində baş mütəxəssis olaraq başlayıb. 2019-23-cü illərdə Elm və Təhsil Nazirliyində müvafiq vəzifələrdə çalışıb. 2023-cü ildən isə MÜTDA-nın Məktəbəqədər təhsilin təşkili şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışıb.

Hafiz Pənahov 2000-2004-cü illərdə Gəncə Dövlət Universitetində Coğrafiya ixtisası üzrə bakalavr, 2022-24-cü illərdə ADA Universitetinin menecment (təhsilin təşkili və idarəolunması) ixtisası üzrə magistr təhsili alıb. Əmək fəaliyyətinə 2005-ci ildə Şəmkir rayonu Zəyəm Cırdaxan kənd tam orta ümumtəhsil məktəbində ixtisası üzrə müəllim olaraq başlayıb. 2015-22-ci illərdə Şəmkir Rayon Təhsil Şöbəsində metodist, müdir müavini vəzifələrində çalışıb. 2022-24-cü illərdə Qazax-Tovuz Regional Təhsil İdarəsində, daha sonra Lənkəran-Astara Regional Təhsil İdarəsində baş məsləhətçi olaraq fəaliyyət göstərib. Hazırda Lənkəran-Astara RTİ-də Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində çalışır. H.Pənahov təhsil sahəsi üzrə bir çox layihə, seminar və təlimlərdə iştirak edib, 2013-14-cü tədris ili üzrə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv