Azərbaycan çempionatında həkim və məşqçi hakimi təhqir etdilər

Azərbaycan çempionatında həkim və məşqçi hakimi təhqir etdilər






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan I Liqasında mübarizə aparan “Şahdağ Qusar” klubu intizam qaydalarını pozduğuna görə 6 510 manat məbləğində ağır cəriməyə məruz qalıb.

presstvaz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Cəzalandırmaya əsas səbəb kimi “Şəfa” və “Şahdağ Qusar” komandalarının qarşılaşması zamanı meydanda yaşanan gərginliklər və qayda pozuntuları göstərilib.

Qusar təmsilçisinin dörd futbolçusunun sarı vərəqə alması kluba 210 manat cərimə bahasına başa gəlib. Əsas qalmaqal isə komandanın həkimi Müşfiq Hümmətlinin matçın hakimini təhqir və təhdid etməsi ilə qeydə alınıb. Bu hərəkətinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılan həkim dörd oyunluq diskvalifikasiya edilib, klub isə bu insidentə görə 3 000 manat ziyan çəkib.

Matçın hakimini təhqir edən digər şəxs komandanın məşqçisi Babək Allahverdiyev olub və o da eyni qaydada qırmızı vərəqə alaraq oxşar cəzaya məruz qalıb. Bu da “Şahdağ Qusar”ın əlavə 3 000 manat cərimələnməsi ilə nəticələnib. Qayda pozuntuları bununla bitməyib, klubun icraçı direktoru Mirzə Bayrampul müvafiq buraxılış akkreditasiyası olmadan Zona 1-ə daxil olduğu üçün I Liqa təmsilçisinə daha 300 manat cərimə kəsilib.

Rəqib “Şəfa” komandası da cərimədən yaxa qurtara bilməyib, belə ki, onun beş oyunçusu matç ərzində sarı vərəqə aldığı üçün klub 210 manat məbləğində cərimə ödəyəcək.

Xatırladaq ki, Binə qəsəbə stadionunda baş tutan və böyük gərginliklə yadda qalan bu qarşılaşma “Şəfa” klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv