Britaniya Aralıq dənizinin şərqinə desant gəmisi göndərir

Britaniya Aralıq dənizinin şərqinə desant gəmisi göndərir






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniya Yaxın Şərqdəki münaqişə fonunda “RFA Lyme Bay” böyük desant gəmisini Aralıq dənizinin şərqinə göndərməyə hazırlaşır.

presstvaz xəbər verir ki, bu barədə “Sky News” telekanalı ölkənin Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

“Biz ehtiyat tədbiri olaraq “RFA Lyme Bay”ı yüksək hazırlıq vəziyyətinə gətirmək qərarına gəldik ki, Aralıq dənizinin şərqində tapşırıqlarının yerinə yetirilməsi üçün gəmidən istifadə zərurəti yaranarsa, hazır olaq”, – deyə xəbərdə bildirilib.

“Navy Lookout” portalının məlumatına görə, köməkçi donanmanın tərkibinə daxil olan və Britaniya tərəfindən tez-tez humanitar yardım göstərilməsində və ya üzən xəstəxana kimi istifadə edilən “RFA Lyme Bay” gəmisi hazırda Cəbəllüttariqdədir.

Nəşrin məlumatına görə, bu, hazırda Aralıq dənizində yerləşən yeganə Britaniya hərbi gəmisidir. Portal gəminin Livandan Britaniya vətəndaşlarının təxliyəsi üçün istifadə oluna biləcəyini ehtimal edib.

Eyni zamanda, sözügedən gəminin aviasiya üçün platforma kimi istifadə olunması da istisna edilmir. “Sky News” qeyd edib ki, gəmi Kiprin yaxınlığında olan Fransa aviadaşıyıcı qrupunun tərkibinə daxil ola bilər.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv