“Ferrari” üçün 10 il pul yığdı: İlk səfərdən bir saat sonra xəyalı kül oldu

“Ferrari” üçün 10 il pul yığdı: İlk səfərdən bir saat sonra xəyalı kül oldu






presstv

"Presstv"az #Avto, #Dollar, #Ferrari, #Sosial şəbəkələr, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiyada bir kişi düz 10 il ərzində arzusunda olduğu “Ferrari” avtomobili almaq üçün pul yığıb. Lakin ilk səfərdən cəmi bir saat sonra maşın tamamilə yanıb.

presstvaz xəbər verir ki, bu barədə “Oddity Central” yazır.

Bildirilib ki, 33 yaşlı şəxs uzun müddətdir gözlədiyi “Ferrari 458 Spider” modelini alıb və dərhal Tokiodakı Şuto sürət magistralında sınaq səfərinə çıxıb. Səfər zamanı o, yolda ağ tüstü görüb və əvvəlcə bunun qonşu avtomobildən gəldiyini düşünüb. Lakin digər maşın uzaqlaşdıqdan sonra tüstünün öz “Ferrari”sindən gəldiyini anlayıb.

O, avtomobili tərk edib və yanğınsöndürənləri çağırıb. Növbəti 20 dəqiqə ərzində isə arzusunun necə külə döndüyünü izləyib.

“Düşünürəm ki, Yaponiyada belə bir problemlə üzləşən yeganə insanam. Mən 43 milyon yen (306 000 dollar) xərclədim və əldə etdiyim yeganə şey bir fotoşəkil oldu”, – deyə o, sosial şəbəkələrdə yazıb.

İlkin ehtimala görə, yanğın avtomobilin mühərrikində baş verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv