Moskvada erməni ailəsində səs-küylü qətl: Atanın öz doğma qızlarına təcavüz etdiyi təsdiqləndi

Moskvada erməni ailəsində səs-küylü qətl: Atanın öz doğma qızlarına təcavüz etdiyi təsdiqləndi






presstv

"Presstv"az #Ailə, #Cinayət işi, #Hadisə, #Məişət zorakılığı, #Qətl hadisəsi, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyada Moskvanın Butırski Məhkəməsi paytaxtda yaşayan erməni ailəsində baş verən qətl hadisəsi ilə bağlı qərar qəbul edib.

Məhkəmə öz qızları tərəfindən qətlə yetirilən 57 yaşlı Mixail Xaçaturyanın cinayət işi üzrə yekun qərarını elan edib və onu qızlarına qarşı ağır bədən xəsarəti yetirməkdə və cinsi zorakılıq etməkdə ölümündən sonra təqsirli bilib.

Bu barədə presstvaz Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Xaçaturyanın işi üzrə cinayət təqibinə onun ölümü ilə əlaqədar xitam verilib.

“Məhkəmə Mixail Xaçaturyanın bütün maddələr üzrə təqsirli bilinməsi barədə qərar qəbul edib. Onun barəsində olan cinayət işinə ölümü ilə əlaqədar xitam verilməlidir. Təqsirləndirilən şəxsə qarşı cinayət təqibi islah olunmayan əsaslarla dayandırılmalıdır”, – deyə hökmdə bildirilib.

Hökmün elan edilməsi zamanı məhkəmə zalında müdafiəçilərlə yanaşı Xaçaturyanın iki qızı da iştirak edib.

Xatırladaq ki, səs-küylü qətl hadisəsi 2018-ci ilin iyulunda baş verib. Mixail Xaçaturyan Moskvadakı mənzilində qətlə yetirilib. İstintaqın versiyasına görə, üç qızı ona bıçaq və çəkiclə çox sayda zərbə yetirib. İstintaq hesab edir ki, Xaçaturyan üç qızı tərəfindən bıçaqlanaraq öldürülüb.

Qızların yaxınlarının dediyinə görə, buna səbəb ataları tərəfindən onlara qarşı uzun müddət davam edən məişət zorakılığı olub.

Bacıların işi hələ bağlanmasa da, məhkəmənin atanın təqsirli olması ilə bağlı çıxardığı qərar onların təqsirsizliyinin sübutlarından biri olacaq.

Eyni zamanda, 2021-ci ilin avqust ayında bacılara qarşı ataları Mixail Xaçaturyan tərəfindən işgəncə, cinsi zorakılıq və döyülmə ilə bağlı cinayət işi çərçivəsində psixiatrik müayinə kişinin qızlarına təcavüz etdiyini üzə çıxarıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv