Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı təhvil verilib

Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı təhvil verilib






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Ekstradisiya, #Ədliyyə Nazirliyi, #Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, #Məhkum, #Özbəkistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Özbəkistan Respublikasının vətəndaşı ölkəsinə təhvil verilib.

presstvaz xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmiş 1962-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Akif İmran oğlu Rzayevin həmin dövlətin Cinayət Məcəlləsinin 168-ci maddəsinin 4-cü hissəsinin “a” bəndi (xüsusilə külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) ilə məhkum edilməsinə dair ittiham hökmünün icrası üçün verilməsi ilə bağlı Özbəkistan Respublikasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən Akif Rzayevin ekstradisiyası haqqında qərar qəbul edilib:

“Şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv