Hakan Fidan Avropanın ikili standartlarını ifşa etdi

Hakan Fidan Avropanın ikili standartlarını ifşa etdi






presstv

"Presstv"az #Avropa, #Fransa, #Hakan Fidan, #Hakim, #Moldova, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Avropa siyasətçiləri Türkiyədə müxalifət liderlərindən biri, Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Ekrem İmamoğlunun həbsinə münasibətdə ikili standartlar nümayiş etdirirlər”.

presstvaz “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri ilə keçirdiyi toplantıda bəyan edib.

O qeyd edib ki, bir sıra ölkələr yersiz olaraq Türkiyədə müxalifətçinin həbsini gündəmə gətirmək istəyirlər.

Xarici işlər naziri xatırladıb ki, Fransada Marin Le Pen korrupsiyada ittiham edildiyi zaman Avropa siyasətçiləri buna qarşı çıxış etməyiblər.

“Rumıniyada siz ikinci turdan əvvəl seçkilərdə qalib gəlmiş namizədi təqib etdiniz və onun siyasi fəaliyyətinə qadağa qoydunuz. Moldovada siz seçilmiş regional lideri həbs etdiniz. Bunu pislədinizmi? Xeyr” – deyə Fidan vurğulayıb.

O əlavə edib ki, avropalı rəqibləri bu üç misalı çəkəndə susurlar. Fidan siyasətçiləri mövqeyində ardıcıllıq olmamasına görə tənqid edib.

“Mən ikili standartları vurğulayıram. Əgər bu işə başqalarına münasibətdə olduğu kimi yanaşmayacaqsınızsa, sizin tənqidinizi ciddi qəbul etməyəcəyəm” – deyə XİN rəhbəri bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv