Məhkəmə Şəkili Yusifin qumara görə həbs edilmiş qohumu barədə qərar verib

Məhkəmə Şəkili Yusifin qumara görə həbs edilmiş qohumu barədə qərar verib






presstv

"Presstv"az #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, #Lotereya, #Şəki, #Yasamal Rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Üç ay əvvəl həbs edilən “qumar kralı” Yusif Baqiyevin (Şəkili Yusif) qohumu milyonluq işdə bəraət alıb.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi 35 yaşlı Urfan Quliyevi qumarxana təşkiletmə və külli miqdarda vergiləri ödəməkdən yayınma ittihamları üzrə təqsirsiz hesab edib.

İstintaq materiallarına əsasən, U.Quliyev Yasamal rayonunda yerləşən “Çaysaray” çay evində qumar oyunları təşkil edib. Dövlət Vergi Xidməti əməkdaşları tərəfindən çayxanada keçirilən əməliyyat zamanı o, qohumu Şəkili Yusiflə birgə orada olub.

Toplanmış sübutlar əsasında Urfan Quliyev cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq orqanı Urfan Quliyevin internet üzərindən qumar oyunlarının təşkilindən üç milyon manat gəlir əldə etdiyini, eyni zamanda iki milyon manata yaxın sadələşdirilmiş vergini ödəməkdən yayındığını müəyyən edib. Həbsindən bir ay sonra azadlığa buraxılan Urfan hökmə qədər ev dustaqlığında qalıb.

Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, qumar oyunlarını yalnız özü üçün oynayıb. O, həmçinin Yasamal rayonunda mərc oyunları ilə bağlı məntəqə işlədib. Urfan ifadəsində Şəkili Yusifin qohumu olduğunu etiraf edib, lakin onunla qumarla bağlı əlaqəsinin olmadığını deyib.

Təqsirləndirilən şəxsin vəkili Hikmət Əliyev müdafiə çıxışında müvəkkilinin təqsirsizliyini sübut edən əsasları göstərməklə bütün epizodlar üzrə bəraət hökmü çıxarılmasını xahiş edib. Şahidlərdən bir neçəsi də müdafiə tərəfinin lehinə ifadə verib.

Yekunda toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsə qumarxana təşkiletmə və xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma maddələri ilə bəraət verilib. Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs qeyri-qanuni işlə məşğul olduğundan, vergi ödəməməsi həmin fəaliyyətin nəticəsi kimi qiymətləndirilməlidir. Beləliklə, o, ittiham edildiyi üç maddədən ikisi üzrə bəraət alıb. Ona qanunsuz sahibkarlıq maddəsi ilə verilmiş ittiham isə tövsif edilib.

Hökmə əsasən, Urfan Quliyev yalnız qanunsuz lotereya və mərc oyunlarının təşkil edilməsində təqsirli bilinib. Bu ittihamla ona bir il 10 ay 10 gün azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun həbsdə və ev dustaqlığında olduğu müddət də buraya daxil edildiyi üçün cəza çəkilmiş hesab edilib.

Hökm apellyasiya instansiyasında qanuni qüvvəyə minənə kimi U.Quliyev barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu iş üzrə təqsirləndirilən şəxsin qohumu Yusif Baqiyev qumarxana təşkilindən 161 milyon manat gəlir əldə etməkdə ittiham edilir. Onun işi üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv