“Azəriqaz”dan partlayış baş verən sexlə bağlı açıqlama

“Azəriqaz”dan partlayış baş verən sexlə bağlı açıqlama






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda partlayış baş verən mebel sexinə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazlaşdırma həyata keçirilməyib.

“Presstv”az  Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı partlayışın təbii qazdan olması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

“Biz dəfələrlə demişik ki, təbii qaz verdiyimiz ərazi mebel sexinə deyil, onun aid olduğu ofisədir. Orada isə heç bir yanğın baş verməyib. Hələ indiyə qədər heç bir dövlət qurumunun, hətta ilkin açıqlamasında belə partlayışın qazdan baş verməsinə dair heç bir açıqlama olmayıb.

Biz mütəxəssis olmadığımız üçün o cür partlayışın qazdan olub-olmaması sualına cavab verə bilməyəcəyik. Ancaq bizim əməkdaşlar, müstəqil və tərəfsiz qurum olan “Təmi qaz”ın əməkdaşı, Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun nümayəndələri orada bir neçə gün istintaq tədbirləri həyata keçirdilər”, – E. Vəliyev bildirib.

Xatırladaq ki, yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında yerləşən mebel sexində partlayış-yanğın olub. Nəticədə 9 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb

“Presstv”az xəbər portalı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv