Sabiq rəisə 8 il 6 ay həbs verildi

Sabiq rəisə 8 il 6 ay həbs verildi






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sabunçu Rayon Hərbi Komissarlığının çağırışçıları rüşvətlə xidmətdən yayındırmaqda ittiham olunan sabiq şöbə rəisi Toğrul İsgəndərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Presstv”az  qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, T.İsgəndərov irəli sürülmüş ittihamla təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İttihamda deyilir ki, T. İsgəndərov həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.

“Presstv”az xəbər portalı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv