Arximedin itmiş əlyazması tapıldı

Arximedin itmiş əlyazması tapıldı






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransalı tədqiqatçı Viktor Gisem­ber uzun illər itmiş hesab olunan nadir bir əlyazma vərəqini aşkar edib.

presstvaz xəbər verir ki, məlumat phys.org saytına istinadən yayımlanıb.

Tapılan vərəq məşhur “Arximed palimpsesti”nin 123-cü səhifəsidir. Bu əlyazma orta əsrlərdən günümüzə çatmış ən qiymətli elmi mətnlərdən biri hesab olunur.

Palimpsest X əsrdə, təxminən 950-ci ildə Bizansda naməlum bir katib tərəfindən hazırlanmış perqament kodeksidir. Burada qədim yunan alimi Arximedin əsərlərinin surətləri, o cümlədən başqa mənbələrdə qorunub saxlanmayan bəzi mətnləri də yer alır. Əlyazmanın əsas hissəsi hazırda ABŞ-də yerləşən Baltimor Uolters İncəsənət Muzeyində saxlanılır, lakin əsrlər ərzində üç vərəq itib.

Tapılan səhifə ilk baxışda dua kitabına bənzəyir. Orta əsrlərdə katiblər köhnə mətnləri qismən silərək perqamenti yenidən istifadə edir və üzərinə xristian duaları yazırdılar. Bu cür yenidən yazılmış əlyazmalar palimpsest adlanır.

Əlyazma vərəqinin Fransadakı muzeyə necə düşdüyü isə hələlik məlum deyil.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv