Ofis işçilərinin həyatı asanlaşır: “Microsoft”dan gözlənilən xəbər

Ofis işçilərinin həyatı asanlaşır: “Microsoft”dan gözlənilən xəbər






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Microsoft” şirkəti istifadəçinin adından mürəkkəb tapşırıqları icra edə bilən “Copilot Cowork” adlı yeni süni intellekt (Sİ) agentini təqdim edib.

presstvaz şirkətin rəsmi saytına istinadən xəbər verir ki, bu alət gündəlik iş proseslərini tamamilə avtomatlaşdırmaq üçün hazırlanıb.

“Copilot Cowork” proqramı “Outlook”, “Teams”, “Excel”, “PowerPoint” və “SharePoint” tətbiqləri ilə tam inteqrasiya olunmuş şəkildə çalışır. O, elektron məktubları, təqvimi, iş çatlarını və sənədləri analiz edərək eyni anda bir neçə tətbiqdə tapşırıqları yerinə yetirə bilir.

Süni intellekt təqvimi analiz edərək üst-üstə düşən görüşləri müəyyənləşdirə və optimallaşdırılmış cədvəl təklif edə bilir. Bundan əlavə, iş görüşləri üçün analitik hesabatlar, sənədlər və təqdimatlar avtomatik hazırlanır. Agent həmçinin maliyyə hesabatları, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının sənədləri, analitik şərhlər və xəbərlər kimi müxtəlif mənbələrdən şirkətlər haqqında məlumat toplayaraq onları qısa xülasə, analitik hesabat və ya cədvəl formasında təqdim edə bilir.

Hazırda “Copilot Cowork” test mərhələsindədir. Alətin 2026-cı ilin martının sonunda “Microsoft Frontier” proqramının iştirakçıları üçün əlçatan olması gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv