Hesablama Palatası: “DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var”

Hesablama Palatası: “DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var”






presstv

"Presstv"az #Audi, #Əmək pensiyaları haqqında, #Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), #Hesablama Palatası, #Sosial ödənişlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir və xərclərinin icrasında uyğunsuzluqlar müəyyən edilib

presstvaz “Report”a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir.

Audit fondun 2023-cü il üzrə büdcə gəlirləri və xərclərinin icrasını, habelə sərbəst vəsaitlərin idarə edilməsini əhatə edib.

Hesabat dövründə fondun əvvəlki ildən qalan qalığı 1 milyard 47 milyon 675 min manat, daxilolmaları 6 milyard 721 milyon 988 min manat, xərcləri isə 7 milyard 146 milyon 847 min manat təşkil edib. İlin sonunda isə 622 milyon 815 min manat vəsait qalıq olaraq göstərilib.

Audit zamanı bəlli olub ki, fondun büdcəsinin icrası zamanı bir sıra qanunvericilik pozuntuları və texniki uyğunsuzluqlara yol verilib:

– 5 milyon 883 min manat investisiya gəliri və həmin gəlirlərin əldə edilməsinə çəkilmiş 253 min manat xərc büdcə icrası sənədlərində nəzərə alınmayıb;

– 1 milyard 50 milyon manat məbləğində investisiyaya yönəlmiş vəsait “sair xərclər” kimi göstərilib və qanunvericiliklə müəyyən edilmiş istiqamətlər üzrə təsnif edilməyib;

– Dövlət icbari şəxsi sığorta çərçivəsində 41 milyon 113 min manat vəsait daxil olub, 16 milyon 18 min manat xərclənib, lakin bu əməliyyatlar büdcə sənədlərində əks olunmayıb.

Hesabatda bildirilir ki, “Büdcə sistemi haqqında” Qanuna əsasən, büdcədənkənar dövlət fondları üzrə gəlir və xərclərin vahid büdcə təsnifatı üzrə hazırlanması tələb olunsa da, 2023-cü ildə bu tələblərə tam əməl olunmayıb. Audit nəticəsində fondun gəlir və xərclərinin strukturlaşdırılması zamanı vahid büdcə təsnifatına uyğunluğun təmin edilmədiyi müəyyən olunub.

Qanunvericiliyə əsasən, fondun büdcəsində gəlir və xərclər bərabər təsdiq olunsa da, audit nəticələrinə görə gəlirlər xərcləri 625.1 milyon manat üstələyib. Bu fərq isə qanunla nəzərdə tutulmuş 1 milyard 50 milyon manatlıq investisiya xərcləri nəzərə alınmadığı halda yaranıb. Həmçinin, “Əvvəlki illərdə istifadə olunmamış vəsaitlərdən cari ilin xərclərinə yönəldilən məbləğ” adı altında 4 milyon manat gəlir proqnozlaşdırılsa da, ilin sonunda bu mənbə üzrə heç bir icra qeydə alınmayıb.

Hesabata görə, ƏƏSMN yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) və sosial ödənişlər üzrə vəsaitlərin icrası müvafiq sənədlərlə əsaslandırılsa da, bu sahədə də büdcə sisteminin formallığı saxlanılmayıb.

Bundan başqa, audit fondun xərclərinin əsas hissəsini təşkil edən pensiya ödənişlərinin “Əmək pensiyaları haqqında” qanun əsasında formalaşdığını, bu səbəbdən xərclərin gəlirlərdən asılı olmayaraq müəyyən edildiyini vurğulayıb.

Dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə sosial sığorta haqları fonda tam daxil olmadıqda, fərq büdcənin öhdəlikləri hesabına kompensasiya edilməlidir. Lakin ötən il belə bir balanslaşdırma vəsaiti ayrılmayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv