Əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyin olunub

Əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyin olunub






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Tibb Universiteti, #Bakı, #Bakı Dövlət Universitetini, #Həkim, #İlham Əliyev, #İqtisadiyyat Nazirliyi, #İspaniya, #Magistratura, #Sərəncam, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident İlham Əliyevin Sərəncamları ilə Anar Məhərrəm oğlu Bayramov və Rəşad Əzizağa oğlu Mustafayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Anar Bayramov 1975-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsini bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

1998-ci ildən “MediClub” klinikasında həkim, 2002-ci ildən “A-Group” Sığorta Şirkətinin baş tibbi eksperti, baş direktorun müavini, baş direktoru, Şirkətin İdarə Heyətinin sədri, 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifələrində çalışıb.

Hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Rəşad Mustafayev 1978-ci ildə anadan olub. 1998-ci ildə Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin magistr, 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin bakalavr, 2018-ci ildə İspaniyada Empreza Universitetinin Biznes məktəbinin MBA proqramı üzrə magistr pilləsini bitirib.

2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, 2001-2015-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2015-2023-cü illərdə “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktorunun müavini, 2023-cü ildən hazırkı vəzifəsinə qədər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv