Şəhidin adı verilmiş küçə baxımsız VƏZİYYƏTDƏ

Şəhidin adı verilmiş küçə baxımsız VƏZİYYƏTDƏ






presstv

"Presstv"az #Gəncə şəhəri, #Hakim, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gəncə şəhəri, Məhsəti qəsəbəsi, şəhid Müşfiq Adıgözəlovun adı verilmiş küçədə yağışlı günlərdə 20-yə yaxın evin həyət və zirzəmilərinə su dolur, yollar keçilməz hala düşür.

Uzun müddətdir həll edilməyən problem səbəbindən bəzi sakinlər çıxış yolunu evi satıb getməkdə görürlər. Ancaq məsələ burasındadır ki, bu vəziyyətdə evi satmağın özü də o qədər asan deyil.

“Evimin hər yeri çatlayıb. Su qiymətinə də olsa, satıb getmək istəyirəm, amma alan yoxdur”, – narazı sakinlərdən biri deyib.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, yağan yağışlar nəticəsində şəhərin Məhsəti qəsəbəsində 15-ə yaxın fərdi yaşayış evinə yağış suları dolub:

“İcra Hakimiyyəti, Gəncə Şəhər Sukanal İdarəsi və Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları və texnikaları əraziyə cəlb olunub. Gəncə Şəhər Sukanal İdarəsi tərəfindən xüsusi avadanlıqlar vasitəsilə həyətlərə və evlərə dolan suların çəkilməsi işi həyata keçirilir”.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv