“McDonald”s Azərbaycan” olimpiadalarda iştirak edən şəhid və veteran övladlarına dəstək olub

“McDonald”s Azərbaycan” olimpiadalarda iştirak edən şəhid və veteran övladlarına dəstək olub






presstv

"Presstv"az #44 günlük Vətən müharibəsi, #Avstraliya, #Azərbaycan, #Müharibə, #Təbrik, #Təhsil, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“McDonald”s Azərbaycan” şirkəti Dövlət Sosial Müdafiə Fondu ilə birgə əməkdaşlıq çərçivəsində şəhid və müharibə iştirakçılarının 58 övladının TIMO (Turkic International Mathematical Olympiad) və IMEC (International Math and English Competition) beynəlxalq olimpiadalarında iştirakına dəstək göstərib.

Yarışların nəticələrinə əsasən 14 məktəbli mükafatlara layiq yerlər tutub. İştirakçılardan TIMO olimpiadasının qalibi Antalyaya, IMEC olimpiadasının qalibi isə Avstraliyaya yola düşəcək – hər iki qalib müvafiq olimpiadaların final mərhələsində Azərbaycanı təmsil edəcək. İştirakçıların bütün xərcləri – uçuş, yerləşmə, tədbirlərdə iştirak və istirahət xərcləri “McDonald”s Azərbaycan” şirkəti tərəfindən qarşılanıb. IMEC üzrə ikinci və üçüncü yerləri tutan iştirakçılar üçün isə “Sea Breeze” istirahət mərkəzində yay düşərgəsi təşkil olunacaq.

Qaliblərin nailiyyətlərini qeyd etmək üçün “McDonald”s Azərbaycan” şəbəkəsinin restoranlarından birində təntənəli tədbir keçirilib. Şirkətin nümayəndələri uşaqları qazandıqları uğur münasibətilə təbrik edib, onlara gələcəkdə də qələbələr arzulayıb və hədiyyələrlə təltif ediblər.

Bu təşəbbüs “McDonald”s Azərbaycan” və Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir. İmzalanmış sənəd, şəhidlərin və 44 günlük Vətən müharibəsi iştirakçılarının övladlarını dəstəkləməyə yönəlmiş sosial layihələrin həyata keçirildiyi uzunmüddətli tərəfdaşlığın çərçivəsini müəyyən edir. Tərəfdaşlıq çərçivəsində artıq bir sıra layihələr uğurla gerçəkləşdirilib: beynəlxalq olimpiadalarda məktəblilərin iştirakı da daxil olmaqla təhsil təşəbbüsləri, məktəb ləvazimatlarının təmin edilməsi, yay düşərgələrinin təşkili və McDonald”s restoranlarında bayram tədbirlərinin keçirilməsi.

“McDonald”s Azərbaycan” gələcək nəsil üçün təhsil, inkişaf və inamlı gələcək imkanları yaradaraq, korporativ sosial məsuliyyət proqramlarını tətbiq etməyə davam edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv