Rusiyada 16 yaşlı futbolçu məşqdən sonra ölüb

Rusiyada 16 yaşlı futbolçu məşqdən sonra ölüb






presstv

"Presstv"az #Başsağlığı, #Futbol, #Rusiya, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Volqoqrad şəhərinin “Rotor” futbol klubunun yetirməsi Maksim Semenov 16 yaşında vəfat edib.

presstvaz-ın xəbərinə görə, bu barədə klubun rəsmi “VKontakte” səhifəsində məlumat verilib.

“Kluba böyük fəlakət baş verib. Yetirməmiz Maksim Semenovun ömrü yarıda qalıb. Maksimin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Sizinlə birlikdə kədərlənirik”, – deyə məlumatda bildirilib.

“SHOT” “Telegram” kanalının məlumatına görə, futbolçu məşqdən sonra evə qayıdıb və axşam saatlarında dincəlmək və onlayn oyunlar oynamaq üçün kompüteri işə salıb. Lakin gözlənilmədən Semenov özünü pis hiss edib, yaxınları dərhal təcili yardım çağırıblar, lakin idmançını xilas edə bilməyiblər. O, mənzilində dünyasını dəyişib. Ölümün ilkin səbəbi ürək dayanması ola bilər.

Qeyd edək ki, “Rotor” futbol klubunun yetirməsi olan Semenov “Rodina” futbol klubunda çıxış edib, “Kaustik” komandasına qarşı oyunda meydana çıxaraq Cənub Liqasında debüt edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv