Dizayn dünyasında Azərbaycanın səsi: CHELEBI Milanda 5VIE-də

Dizayn dünyasında Azərbaycanın səsi: CHELEBI Milanda 5VIE-də






presstv

"Presstv"az #Araz çayı, #Azərbaycan, #London, #Milan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünya əşyavi mədəniyyətinin inkişaf istiqamətini müəyyən edən Milan Dizayn Həftəsində Azərbaycan brendi CHELEBI 5VIE Design Week-in möhtəşəm tədbirində yeni kolleksiyası ilə iştirak edərək diqqətçəkən təqdimatla çıxış etdi. Le Cavallerizze məkanında təqdim olunan ekspozisiya memarlıq təsvirləri, sənətkarlıq ənənələrini və dərin mədəni interpretasiyanı birləşdirdi.

2013-cü ildə rəssam Aida Mahmudova tərəfindən təsis olunan brend, uzun illərdir incəsənət, memarlıq və dizaynın qovşağında fəaliyyət göstərən layihə kimi tanınır. Bu il CHELEBI Azərbaycanın həm maddi, həm də simvolik kodlarından ilhamlanan işlərini təqdim etdi – daşdan və tekstildən tutmuş körpülərə və ornamentlərə qədər.

Kolleksiyanın mərkəzində müəllif jesti

Kolleksiyanın əsas əsəri olan Bugelemun Sandy Table – yalnız jurnal masası deyil, həm də emosional və mənəvi baxımdan bütün kolleksiyanın mərkəzidir. Masanın səthi fərdi şəkildə bişirilmiş keramika plitələrindən ibarətdir. Onun fakturasında Xəzər sahillərindən toplanmış qum, midyə qabıqları və daşlar yer alır. Bu, sadəcə dekorativ yanaşma deyil – sənəd xarakterli müəllif jestidir; Aida Mahmudovanın şəxsi hiss və düşüncələrinin əşyaya çevrilmiş formasıdır.

Bu obyektin yaradılması brendin təsisçisinin müəllif layihəsidir. Burada incə material seçimi ilə bədii baxış birləşir. Bugelemun Sandy Table sadəcə bir hekayə danışmır – o, bu hekayəni öz materiyasında yaşadır. Bu yanaşma emosional dərinlik yaradır və kolleksiyanı tipik dizayn həllərindən fərqləndirir.

Əşya içində memarlıq

Kolleksiyanın digər obyektləri memarlıq formaları ilə dialoqu davam etdirir:

Khudafarin adlı yemək dəsti Araz çayı üzərindəki əfsanəvi körpüyə istinad edir – onun pilləli strukturu qədim daş hörgüsünün ritmini təkrarlayır.

Divankhaneh Pouf – İçərişəhərdəki eyniadlı memarlıq abidəsinin müasir interpretasiyasıdır, eyni zamanda kəlağayı parçalarının naxış və teksturlarını həcmi və toxunuşa çevrilmiş formada əks etdirir.

Kolleksiya üzərində iş Londonda yerləşən Saga memarlıq studiyası və memar Alina Kvirkvelia ilə əməkdaşlıq çərçivəsində aparılıb ki, bu da layihəyə əlavə konstruktiv ifadəlilik qazandırıb.

Qlobal kontekstdə milli xarakter

CHELEBI-nin Milanda iştirakı təkcə peşəkar uğur deyil. Bu, həm də mədəni bir bəyanatdır: Azərbaycan əşyavi dizaynı çağdaş, dərin və beynəlxalq səviyyədə tələb olunan ola bilər.

Brend Azərbaycanın Milli İncəsənət Muzeyi ilə sıx əməkdaşlıq edir, kolleksiyalardan, ornamentlərdən və memarlıq formalarından ilham alır. Amma layihənin əsas gücü – ənənənin vizual dilini bu gün üçün anlaşılan və dəyərli formaya çevirmə bacarığıdır.

Ölkənin mədəni imicinə dəstək

CHELEBI-nin 5VIE Design Week-də iştirakı yalnız müasir dizaynın inkişafına deyil, həm də Azərbaycanın mədəni təsvirin möhkəmlənməsinə xidmət edir. Bu gün, lokal hekayələrin qlobal xəritədə daha çox önəm qazandığı bir dövrdə, CHELEBI Azərbaycanın zəngin mədəniyyətinin inamlı səsi kimi səslənir.

Aytac Qasımova


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv