79 sakinli kənd 45 qaçqının qəbuluna qarşı: Almaniyanın kiçik kəndində böyük münaqişə

79 sakinli kənd 45 qaçqının qəbuluna qarşı: Almaniyanın kiçik kəndində böyük münaqişə






presstv

"Presstv"az #Almaniya, #Bavariya, #Hakim, #Münaqişə, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniyada cəmi 79 nəfərin yaşadığı kiçik Quntsesrid-Zeqe kəndində (Bavariya) ciddi münaqişə alovlanıb. Hakimiyyət burada 45-ə qədər qaçqını yerləşdirməyi planlaşdırır. Bu isə yerli sakinlər arasında qəzəb fırtınası yaradıb.

presstvaz-ın “Bild” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Blaykax-Quntsesrid icmasının meri Kristof Endres danışıb.

Onun sözlərinə görə, qaçqınların yerləşdirilməsi ilə bağlı qərar dairə hakimiyyəti tərəfindən qəbul edilib. Lakin merin fikrincə, bu yer gələnlərin inteqrasiyası üçün tamamilə uyğun deyil.

“Bu şəraitdə inteqrasiya son dərəcə çətindir”, – deyə o vurğulayıb və qeyd edib ki, ən yaxın infrastruktur kənddən 8 km məsafədə yerləşir.

Quntsesrid-Zeqe sakinlərinin çoxu narahatdır ki, iş və nəqliyyata çıxışı olmadan qaçqınlar təcrid olunacaqlar. Axı kənd böyük şəhərlərdən və sənaye mərkəzlərindən uzaqda yerləşir.

Yerli sakinlərin narazılığı qaçqınların yerləşdirilməsinə qarşı petisiyaya çevrilib ki, bunu artıq 106 nəfər imzalayıb.

Quntsesrid-Zeqedə qaçqınların taleyi ilə bağlı yekun qərarın 20 aprel tarixində qeyd olunacaq Pasxadan sonra verilməsi gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv