Mikayıl Cabbarov: “Azərbaycan güləşi dünyanın ən böyük arenalarında sözünü deməyə qadirdir”

Mikayıl Cabbarov: “Azərbaycan güləşi dünyanın ən böyük arenalarında sözünü deməyə qadirdir”






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Azərbaycan Güləş Federasiyası, #DNT, #İdman, #Mikayıl Cabbarov, #Sərbəst güləş, #Slovakiya, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan güləşi dünyanın ən böyük arenalarında sözünü deməyə qadirdir”.

presstvaz xəbər verir ki, bu barədə iqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.

O bildirib ki, Slovakiyada keçirilən Avropa çempionatında həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandamız Avropa çempionu olub:

“Güləşçilərimiz bu yarışda 4 qızıl, 2 gümüş və 7 bürünc medal qazandılar. Millimiz sərbəst güləş üzrə 5-ci dəfə komanda hesabında Avropa çempionu oldu. Giorgi Meşvildişvili (125 kq) qızıl, Osman Nurmaqomedov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) isə bürünc medal qazandılar. Qadın güləşi millimizin üzvü Jalə Əliyeva (57 kq) zədələrə baxmayaraq, böyük əzmkarlıq nümayiş etdirərək Avropa üçüncüsü oldu. Yunan-Roma güləşi millimiz 2-ci dəfə Avropa çempionu oldu. Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazandılar. İdmançılarımızın nümayiş etdirdiyi peşəkarlıq və möhkəm iradə bir daha göstərdi ki, Azərbaycan güləşi dünyanın ən böyük arenalarında sözünü deməyə qadirdir. Güləşçilərimizi, onların valideynlərini, məşqçilərimizi və federasiya nümayəndələrini təbrik edirik”.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv