Silahlanma yarışına 6-cı nəsil qırıcılar qoşulur

Silahlanma yarışına 6-cı nəsil qırıcılar qoşulur






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Dollar, #Donald Tramp, #Gəmi, #Hərbi Hava Qüvvələri, #Qırıcı təyyarə, #Quru Qoşunları, #Süni intellekt, #təyyarə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-nin “Hərbi xronika” rubrikasının yeni buraxılışı yayımlanıb.

Budəfəki buraxılışda altıncı nəsil reaktiv döyüş təyyarəsi “F-47″nin xüsusiyyətlərindən bəhs olunub.

ABŞ Prezidenti Donald Tramp bu təyyarənin layihəsi üzərində işlərin 2016-cı ildən bəri davam etdiyini və onun prototipinin sınaq uçuşları mərhələsini keçdiyini, faktiki olaraq artıq 5 ildir ki, uçduğunu bildirib. Maraqlı bir təsadüflə özü də prezident sıralamasının 47-cisi olan D.Tramp “Fighting Falcon” qırıcı ailəsinin 47-cisinin sürəti, manevr qabiliyyəti, döyüş yükü ilə “ən ölümsaçan” silah olacağını bildirib.

Bununla yanaşı, ölkənin Hərbi Hava Qüvvələrindən verilən xəbərlərdə yeni qırıcının hazırda ordu inventarına daxil olan çoxtəyinatlı “F-22 Raptor” təyyarələrini əvəz edəcəyi və beləliklə, Amerika Ordusunda beşinci nəsil qırıcı təyyarə hegemonluğunun altıncı nəsil qırıcılara ötürüləcəyi vurğulanıb. Prosesin yaxın onilliyin sonunadək, bəzi məlumatlara görə isə yaxın 2 il ərzində baş tutacağı vurğulanır.

Sifariş edilən “F-47″lərin sayı gizli saxlanılsa da, artıq hər bir yeni təyyarə təqribən 300 milyon dollara başa gəlir. Hələlik detallı görüntüsü açıqlanmayan yeni döyüş təyyarəsinin quyruqsuz rombşəkilli konstruksiyaya malik olduğu məlumdur. “F-47″nin yeni nəsil adaptiv dartma gücünə sahib mühərriki onun forsaj qoşulmadan səsdən iti sürətə çatmasına imkan verir.

Ümumiyyətlə, təyyarənin sürətinin 2000 km/saatdan artıq, bəzi məlumatlara görə, 2 max, yəni 2248 km/saatdan artıq olduğu bildirilir. Hazırlanmasında süni intellekt və geniş “datçik” çeşidinin istifadəsi təyyarəni kompleks döyüş tapşırıqları icra edən yüksək qabiliyyətli komanda platformasına çevirir.

Bu qabiliyyətlərə real döyüş rejimində informasiya toplanması, gəmilər, peyklər, yanacaqdoldurma təyyarələri kimi digər platformalarla, həmçinin quru qoşunları ilə rabitə təminatı da aiddir.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv