Ermənistanın qəbul etməli olduğu reallıq: Konstitusiya dəyişdirilməli, Minsk qrupu ləğv edilməlidir

Ermənistanın qəbul etməli olduğu reallıq: Konstitusiya dəyişdirilməli, Minsk qrupu ləğv edilməlidir






presstv

"Presstv"az #ATƏT-in Minsk Qrupu, #Audi, #Azərbaycan, #Cənubi Qafqaz, #Ermənistan, #Fransa, #Hakim, #İlham Əliyev, #İrəvan, #Milli Məclis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı Ermənistanın destruktiv siyasətinə toxunaraq revanşizm meyllərinin artdığını, İrəvanın silahlandığını və onun arxasında dayanan güclərin regiona sülhün gəlməsinə mane olduğunu qeyd etdi. Dövlət başçımızın çıxışı dünya audiotoriyalarında , o cümlədən Ermənistanda çox diqqətlə izlənilir, forumda səsləndirilən mesajlar müvafiq dairələrdə ciddi təhlil olunacaq və regionumuza sülhün gəlməsi üçün müvafiq addımlar atacaqlar”.

presstvaz bildirir ki, bunu Oxu.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

“Dövlət başçımız Bayden administrasiyasının Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli siyasətini, hakimiyyətin sonuna beş gün qalmış Blinkenin imzaladığı strateji tərəfdaşlıq haqqında sənədi, 907-ci düzəliş ətrafında oynanılan oyunları, Aİ-Ermənistan cütlüyünün İrəvanı silahlandırmaqla bağlı apardığı müzakirələri, Aİ-nın Sülh Fondunun, USAİD-in silahlanma üçün maliyyə ayırmasını, Fransanın himayəsini, ATƏT-in Minsk qrupunun ikili standartlı siyasətini çox ciddi tənqid edərək bütün bu hərəkətlərin Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına mane olduğunu qeyd etdi. O cümlədən Ermənistanın sürətlə silahlanması, Minsk qrupunun de-yure buraxılması və konstitusiyasında müvafiq dəyişikliklərin edilməsi istiqamətində addımların atılmaması sülhün imzlanmasına əngəl olduğunu bir daha beynəlxalq auditoriyanın diqqətinə çatdırdı. Ermənistanın dövlət rəhbərliyi reallığın necə olduğunu anlamalı və Cənubi Qafqazda sülhün və əməkdaşlığın alternativi olmadığını qəbul etməlidir”, – deyə müsahibimiz vurğulayıb.

ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza isə bildirib ki, Minsk qrupuna artıq ehtiyac yoxdur, çünki Azərbaycan və Ermənistan heç bir vasitəçi olmadan birbaşa danışıqlar aparırlar:

“Hər iki tərəf mümkün sülh müqaviləsi ilə bağlı müzakirələri yekun mətnə qədər gətirib çıxarıblar. Əsas əngəl Ermənistanın öz konstitusiyasını dəyişdirməsi və Qarabağın Azərbaycanın ərazisi olduğunu etiraf etməsidir. Ermənistanda bu mühüm məqam üzərində siyasi mübarizə gedir”.

Mərahim Nəsib


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv