ABŞ Rusiyaya vaxt qoydu: Ya atəşkəs, ya yeni sanksiyalar

ABŞ Rusiyaya vaxt qoydu: Ya atəşkəs, ya yeni sanksiyalar






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Rusiya, #Ukrayna, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Donald Trampın Administrasiyası Ukrayna ilə bağlı danışıqlar üçün aprel ayının sonunu şərti son tarix kimi nəzərdən keçirir və bu müddətə qədər Kremldən atəşkəs qərarı gözləyir.

presstvaz-ın məlumatına görə, bu barədə “Axios” öz mənbəsinə istinadən xəbər verir.

Bildirilir ki, əgər ayın sonuna qədər prezident Vladimir Putin atəşkəsə razılaşmasa, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır.

Qeyd olunur ki, bunlar həm Trampın icra fərmanı çərçivəsində sanksiyalar, həm də konqres tərəfindən qəbul edilmiş qanun səviyyəsində təsbit edilmiş sanksiyalar ola bilər. Birinci halda məhdudiyyətlərin ləğvi sadəcə prezidentin qərarı ilə mümkün olacaq, ikinci halda isə uzun bir prosedur tələb olunacaq ki, bu da praktikada onilliklərlə uzana bilər.

Belə görünür ki, Kremlə ultimatumu Trampın xüsusi elçisi Stiv Uitkoff gətirib; O bu gün Putinlə görüşməlidir.

Xatırladaq ki, aprelin 4-də Dövlət Departamentinin rəhbəri Marko Rubio ABŞ-nin “aylarla” gözləmək niyyətində olmadığını və Putinə düşünmək üçün bir neçə həftə vaxt verildiyini bəyan edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv