Azərbaycan ilk dəfə dünyaca məşhur UFC turnirinə ev sahibliyi edəcək

Azərbaycan ilk dəfə dünyaca məşhur UFC turnirinə ev sahibliyi edəcək






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Fərid Qayıbov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan ilk dəfə dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək.

presstvaz xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, UFC turnirinin Bakıda keçirilməsi Azərbaycanın regional liderlik mövqeyinin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımdır.

UFC prezidenti Dana Uayt isə Azərbaycanın və xüsusilə Bakı şəhərinin qlobal idman tədbirlərinin keçirilməsində mövcud olan güclü təcrübəyə diqqət çəkib:

“Bu regionda bir çox görkəmli döyüşçümüz var. Buna görə də Bakı növbəti inkişaf mərhələsi üçün ən uyğun seçim oldu. Mən iyunun 21-də keçiriləcək debüt turnirini təqdim etməkdən şadam”.

UFC-nin vitse-prezidenti və “UFC Eurasia”nın baş direktoru Andrey Qromovski son 6 ildə Avrasiya regionunda ilk dəfə UFC turnirinin keçirilməsi ilə bağlı məmnunluğunu ifadə edərək deyib:

“Bir neçə ildir üzərində çalışdığımız bu tərəfdaşlıq, regionda inkişaf strategiyamızın əsas elementidir”.

00:00

İyunun 21-də Bakıda keçiriləcək UFC turniri çərçivəsində baş tutacaq əsas döyüş artıq bəlli olub.

presstvaz xəbər verir ki, bu barədə məlumat idman təşkilatı tərəfindən açıqlanıb.

Bildirilib ki, gecənin əsas qarşılaşmasında Camahal Hill və Xəlil Rauntri üz-üzə gələcək.

Biletlər aprelin 25-dən satışa çıxarılacaq.

Qeyd edək ki, daha əvvəl qeyri-rəsmi mənbələrdən Bakıdakı turnirdə Körtis Bleydis – Rizvan Kuniyev, İsmayıl Naurdiyev – Cun Yunq Park, Hamdi Abdelvahab – Məhəmməd Usman cütlüklərinin döyüşü anons edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv