Maşını bahalı təmirdən necə qorumaq olar: Avtomobilin tezliklə sıradan çıxacağının beş əlaməti

Maşını bahalı təmirdən necə qorumaq olar: Avtomobilin tezliklə sıradan çıxacağının beş əlaməti






presstv

"Presstv"az #Avto, #Mühərrik yağı, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Asqıdan gələn kənar səslər və ya yanacaq sərfiyyatının artması – bunlar avtomobilin yaxın zamanda sına biləcəyinin qaçılmaz əlamətləridir.

presstvaz-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Pavel Konstantinov xəbərdarlıq edib.

Ekspertin sözlərinə görə, avtomobildə bəzi dəyişikliklər nasazlığın yaxınlaşdığını göstərə bilər. O, bəzi əlamətlərə diqqət yetirməyi tövsiyə edir:

1. Yad səslər – Tormoz zamanı gələn cırıltı səsləri tormoz disklərində problem olduğunu göstərə bilər. Kapot altından gələn fit səsi isə ötürücü kəmərin nasazlığından xəbər verir. Mühərrikdəki döyüntü isə piston qrupunun aşınmasına işarə edə bilər.

2. Yanacaq sərfiyyatının artması – Əgər maşın əvvəlkindən çox yanacaq sərf edirsə, bu, yanacaq püskürtmə sistemində və ya oksigen sensorunda nasazlıq ola biləcəyini göstərir. Həmçinin alışdırma şamlarının köhnəlməsi də buna səbəb olur.

3. Tüstünün rəngi dəyişibsə – Normalda maşınlardan çıxan tüstü açıq boz olur. Əgər tüstü qaralırsa, bu, artıq yanacaq yandığını göstərir. Göyümtül tüstü – mühərrik yağının yanmasını, ağ tüstü isə antifrizin silindrlərə sızmasını bildirə bilər.

4. Sükanda titrəmə və ya maşının bir tərəfə çəkilməsi – Bu əlamətlər sükan sistemi, asqı və ya tormoz mexanizmlərində nasazlıq olduğunu göstərə bilər.

5. Mühərrikin qeyri-stabil işi – Əgər mühərrikin silindrləri tam işləmirsə) təcili şəkildə alışma və yanacaq sistemləri yoxlanmalı, mühərrikin sıxılması (kompressiya) ölçülməlidir.

Bu əlamətlərə diqqət yetirməklə bahalı təmirin qarşısını almaq mümkündür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv