Asiya İnkişaf Bankı 2026-cı ilə qədər Azərbaycanın büdcə kəsirinin azalmasını proqnozlaşdırır

Asiya İnkişaf Bankı 2026-cı ilə qədər Azərbaycanın büdcə kəsirinin azalmasını proqnozlaşdırır






presstv

"Presstv"az #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın dövlət büdcəsinin kəsiri 2026-cı ildə ümumi daxili məhsulun (ÜDM) 2%-nə qədər enəcək.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) hesabatında qeyd olunub. Belə ki, cari ildə büdcə kəsirinin ölkənin ÜDM-nin 2.4%-ni təşkil edəcəyi gözlənilir.

“Büdcə gəlirləri ÜDM-in 30% səviyyəsində proqnozlaşdırılır. Onların strukturunda vergi daxilolmaları 12%, qeyri-vergi gəlirləri 7%, Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transfertlər isə 11% təşkil edəcək”, – deyə hesabatda qeyd olunub.

Proqnoza görə, büdcə xərcləri ÜDM-in 32%-nə çatacaq.

“Bunlardan 19% cari xərclərə, 11% isə kapital qoyuluşlarına yönəldiləcək. Sosial müdafiə və dəstək xərclərinin 8% artacağı və ümumi büdcə xərclərinin təxminən 12%-ni təşkil edəcəyi gözlənilir. Dövlət investisiyalarının həcminin proqnoza görə ÜDM-in 2 %-nə qədər enəcəyi gözlənilir”, – deyə AİB-in hesabatında bildirilib.

2024-cü ilin yekunlarına görə, dövlət büdcəsinin kəsiri ÜDM-in 0.0004 %-ni təşkil edib, bu ilin yanvar-fevral aylarında isə dövlət büdcəsinin profisiti ÜDM-in 7.2%-nə çatıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv