“CineMastercard” Las Veqasda “CinemaCon” konfransında təmsil olundu

“CineMastercard” Las Veqasda “CinemaCon” konfransında təmsil olundu






presstv

"Presstv"az #Aktyor, #Azərbaycan, #CineMastercard

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“CineMastercard” Las-Veqasda kino istehsalı, distribusiya və texnologiyası sahəsində peşəkarlar üçün keçirilən kino sənayesinə həsr olunmuş illik “CinemaCon” konfransında Azərbaycanı təmsil etdi.

2011-ci ildə təsis olunduğu gündən bəri “CinemaCon” əhəmiyyətli dərəcədə inkişaf edərək və genişlənərək qlobal kino sənayesi üçün ən böyük və ən vacib tədbirə çevrilmişdir. “CinemaCon” həqiqətən beynəlxalq miqyasda keçirilir və 80-dən çox ölkədən iştirakçıları cəlb etməklə onun önəmini və əhəmiyyətini bir daha vurğulayır.

Tədbirdə ən böyük Hollivud studiyaları, rejissorlar, aktyorlar, prodüserlər və kino ilə bağlı digər sahələrin nümayəndələri bir araya gəldi. Həmçinin film təqdimatları, texnologiya sərgiləri və kino sənayesində gələcək tendensiyaları müzakirə etmək üçün görüşlər keçirilib.

Konfransda “CineMastercard” (CinemaPlus MMC) kinoteatrlar şəbəkəsinin direktoru Murat Camcı və Müşahidə Şurasının sədri Zaur Darabzadə iştirak ediblər. Onlar növbəti mövsümdə nümayiş olunacaq filmlər üçün dünyanın öndə gedən film studiyaları ilə strateji əməkdaşlıq müqavilələri imzalayıblar. Həmin şirkətlər arasında “Universal Pictures”, “Sony Pictures”, “The Walt Disney Company”, “Paramount Pictures” və “Warner Bros.” studiyaları da yer alır. Bundan əlavə, nümayəndələr kinoteatrlar üçün nəzərdə tutulmuş ən son texnologiyalarla, yeniliklərlə, innovativ həllərlə tanış olub və onları təqdim edən şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçiriblər.

Konfrans zamanı Murat Camcı və Zaur Darabzadə kinonun inkişaf strategiyaları, yeni texnoloji tendensiyalar, innovativ həllər və nailiyyətləri müzakirə ediblər.

Kinoteatr qlobal kino sənayesində lider mövqeyini əldə etməyə çalışır, yenilikləri davamlı şəkildə tətbiq edərək tamaşaçılarına hər zaman ən yüksək keyfiyyəti təqdim etməyi hədəfləyir.

Daim yeni texnologiya və innovasiyalara olan yanaşması ilə “CineMastercard” Azərbaycan kino sənayesində bir lider kimi mövqeyini gücləndirməyi planlaşdırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv