Bakıda qəzalı vəziyyətə düşən dörd abidə bərpa ediləcək

Bakıda qəzalı vəziyyətə düşən dörd abidə bərpa ediləcək






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Nərimanov rayonu, #Nəsimi Rayonu, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı şəhəri ərazisində yerləşən tarix və memarlıq abidələrinin mühafizəsi məqsədilə abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işləri aparılacaq.

presstvaz İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı layihə-smeta sənədlərinin hazırlanmasına başlanılır.

Layihə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa və layihə tapşırığına uyğun şəkildə hazırlanacaq.

Layihə qəzalı vəziyyətə düşmüş tarix və memarlıq abidələrinin mühafizəsi məqsədilə icra olunacaq. Buraya Səbail rayonunun Qurban Abbasov küçəsi, 48 ünvanında, Nərimanov rayonunun Fətəli Xan Xoyski küçəsi, 144 ünvanında, Nəsimi rayonunun Mirzə İbrahimov küçəsi, 68 ünvanında və Həzi Aslanov küçəsi, 101 ünvanında yerləşən abidələr daxildir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi layihə-smeta sənədlərinin 556 230.87 manata hazırlanacağını proqnozlaşdırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv