Okan Buruk: “Eyni hərəkəti mən etsəm, 10 oyun cəza alacaqdım”

Okan Buruk: “Eyni hərəkəti mən etsəm, 10 oyun cəza alacaqdım”






presstv

"Presstv"az #"Fənərbağça", #Hadisə, #Hakim, #Joze Mourinyo, #Qalatasaray, #Türkiyə, #Türkiyə Kuboku

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Kubokunun dörddəbir final mərhələsində baş tutan “Fənərbağça” – “Qalatasaray” matçından sonrakı hadisələrdən danışan Okan Buruk hakimin sarı vərəqə verdiyindən xəbərsiz olduğunu bildirib.

presstvaz “Fanatik” nəşrinə istinadən xəbər verir ki, Okan Buruk Joze Mourinyoya daha ağır cəza verilməsini gözlədiyini bildirib.

“Matçdan sonra inzibati direktor Uğur Yıldız gəlib mənə hakim sənə sarı vərəqə göstərdi dedi. Hadisədən belə xəbər tutdum. Zərbəni mən aldım, bəzi qruplar mənim yıxıldığıma baxaraq, az qala adama “Afərin” deyəcəklər! Həqiqətən də uzatmaq istəmədiyim üçün susuram. Bu mövqedə olan heç kim fiziki hücuma məruz qalacağını gözləməzdi. Onsuz da bunu kim gözləyirdi?! Yıxılarkən reaksiyamı hesablamıram! Mourinyo da dırnaqları ilə üzümə zərbə endirdi. Orada fərqli davransaydım, mən də cəzalandırılacaqdım. Ayaqda qalsaydım, yəqin ki, 10 oyunluq cəzalanacaqdım”, – deyə O.Buruk bildirib.

Qeyd edək ki, görüş “Qalatasaray” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo yalnız Türkiyə Kubokunda keçərli olmaqla üçoyunluq cəzalandırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv